AZ

Burkina-Fasoda Fransa mediasına məhdudiyyət tətbiq edilib

Burkina-Fasoda

Bakı, 30 aprel, AZƏRTAC

Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı 2 həftə müddətinə dayandırılıb.

AZƏRTAC Fransa KİV-ə istinadla xəbər verir ki, buna səbəb kanalın ordu barədə əsassız məlumat yaymasıdır.

Bundan başqa, ölkə ərazisində altı xarici media qurumunun saytlarına giriş qeyri-müəyyən müddətə məhdudlaşdırılıb. Bura “Deutsche Welle”, “Ouest-France”, “Le Monde”, “Apanews” (Afrika Xəbər Agentliyi), “The Guardian” və “AgenceEcofin” daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
1
Mənbələr
Şərh ()
Bağla