AZ

Melkonyan: “İlham Əliyev bizdən istədiyi hər şeyi alır”

“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla heç nəyə imza atmaq fikrində deyil. O, onsuz da istədiyi hər şeyi alır”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Sergey Melkonyan bildirib.

“Qarabağın təslim olması ilə sülh müqaviləsinin imzalanması təmin ediləcəkdi. Lakin gördüyümüz kimi, belə bir şey olmadı. Üstəlik, 2023-cü ilin sentyabrından etibarən Azərbaycan müqavilə və ya hansısa sənəd imzalamaqdan imtina edir. Eyni zamanda, Azərbaycan tərəfi öz “alış-veriş siyahısı”na ciddi əməl edir. Əvvəlcə Tavuşda kəndlər, sonra anklavlar, Zəngəzur dəhlizi, onun ardınca isə Ermənistan Konstitusiyasında dəyişikliklər. Azərbaycan lideri cəmiyyəti sülhə hazırlamaq barədə düşünmür, əksinə, Azərbaycan cəmiyyəti arasında Ermənistana qarşı tələblər qaldırır. İndi Bakıda Qərbi Azərbaycan tezisi təşviq edilir. Bütün bunlar heç bir halda dinc diskursun mövcudluğundan xəbər vermir”, – Melkonyan “Review” proqramında bildirib.

Ermənistanın güzəştə getməyə hazır olduğunu görən Azərbaycan dayanmaq fikrində deyil. Reallıqda güc təhdidlərinin təzyiqi altında güzəştlərin təmin edilməsi beynəlxalq hüququn pozulmasıdır. Hakimiyyət yalan danışır və Tavuşda kəndlərin təslim edilməsini delimitasiya və demarkasiyanın bir hissəsi adlandırır, əslində bu, siyasi qərardır. “Delimitasiya və demarkasiya zamanı konkret xəritələr əsas götürülür. Onlar bizə deyirlər ki, onlar Alma-Ata Bəyannaməsinə əsaslanırlar, lakin  orada heç bir kartoqrafik məlumat yoxdur”, – Melkonyan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
Mənbələr
Şərh ()
Bağla