AZ

Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq

Laçın

Bakı, 30 aprel, AZƏRTAC

"Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Ötən hər gün bizi həmin hadisələrdən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan həmin qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Bu qüruru bizə yaşadan Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm". Bu sözləri Laçın rayonuna qayıdan keçmiş məcburi köçkün Vaqif Məmmədov deyib.

AZƏRTAC xəbər verir ki, bu qayıdışa ailəsi ilə birlikdə sevinən Vaqif qazilərə Allahdan şəfa, şəhidlərə rəhmət diləyib.

“Şəhid adını qazanan igid oğullarımız xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaq” - deyə keçmiş məcburi köçkün qeyd edib.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla