AZ

Məhkəmə bacısının ərini bıçaqlayan şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə Masallıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Coşqun Mahmudovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun barəsində Cinayət Məcəlləsinin (CM) 126.2.3 və 126.2.4- cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

 

Qeyd: 1979-cu il təvəllüdlü Mahmudov Coşqun Namiq oğlu bacısının əri, Qurbanov Cavid Möhübbət oğlunun yaşadığı evdə, şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əlindəki fincanla qəsdən baş nahiyəsinə vuraraq xəsarətlər yetirib.
 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

 
Coşqun Mahmudov şübhəli şəxs qismində tutulub. 

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o,  il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsinin aşağı instansiya məhkəməsinin hökmünü ləğv edib. Məhkum CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

 

Kamal Məmmədov

 

 

Tarix: 30 Aprel 2024, 08:19   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla