AZ

Rahatlığımızı pozan kafe və restoranlar – Yüksək mahnı səsinə görə sahibkarları hansı CƏZA gözləyir?

Bakıda fəaliyyət göstərən bəzi kafe və restoranlardakı musiqinin səsinin yüksək olması insanların istirahətinə mane olur. Dostları, ailəsi, sevdiyi insanla vaxt keçirib, çay içib söhbət etmək istəyənlər musiqinin səsindən şikayət edirlər. Bəzi yerlərdə qonaqlara “canlı ifa” adı ilə təqdim edilən musiqi də yüksək həddə olur.

Bəzi mağazaların çölündə qoyulan səsgücləndiricilər də yaxınlıqdakı sakit məkanlarda dincələnənlərin istirahətini pozur. Səsgücləndirici ilə mağazada satılan məhsulların adları və qiymətlərini gur səslə təkrarlanır. 

Bəs bu, qanunla necə tənzimlənir? Müəyyən həddi varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir: 

“Yaşayış yerlərində, ictimai yerlərdə, kafe və restoranlarda yüksək səslə musiqiyə qulaq asmaq, ətrafdakılar narahat etmək birbaşa qanunvericiliyin tələblərinin pozulmasıdır. 
521-ci maddəyə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir”.

Günay Şahmar, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
Mənbələr
Şərh ()
Bağla