AZ

Bernardo Silva: “Real” qəribə komandadır”

“Mançester Siti”nin portuqal yarımmüdafiəçisi Bernardo Silva Çempionlar Liqası 1/4 finalında “şəhərlilər”in uduzduğu “Real” haqda danışıb.

Arena.az AS dərgisinə istinadən, portuqal yarımmüdafiəçinin bu barədə fikirlərini təqdim edir:

“Real” qəribə komandadır. Bəzən elə gəlir ki, oyuna siz nəzarət edirsiniz, onlar isə yox yerdən peyda olub iki dəfə əks-hücumda qaçıb iki qol vururlar. Onların oyunçuları fərdi olaraq çox yaxşıdırlar. Əks-hücumlarda o qədər sürətli və güclü olurlar ki, onları idarə etmək asan deyil.

Həddindən artıq oyunçu ilə hücum etsəniz, onlar əks hücuma keçəcəklər. Daha çox oyunçu ilə hücum etməsəniz, kifayət qədər təsirli olmadığınız hiss edilir. Ona görə də oyunda belə qərarlar vermək çətindir”, deyə Silva izah edib.

Xatırladaq ki, Çempionlar Liqasının cari mövsümünün 1/4 finalında “Real” yarışın cari çempionu “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb (evdə: 3:3; səfərdə: 1:1, penaltilərlə: 4:3).

Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Bernardo Silvanı heyətinə qatıb. Silvanın “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Silva “Siti”nin heyətində bütün yarışlarda 44 oyuna 11 qol və 6 məhduldar ötürmə ilə fərqlənib. Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 350 oyun, 66 qol, 62 məhsuldar ötürmə.

Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 88 oyuna çıxıb, 11 qol vurub və 28 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla