AZ

"Neftçi"nin futbolçusu: "Layiqli qələbə qazandıq"

"Neftçi"nin futbolçusu Filip Ozobiç Premyer Liqanın 32-ci turunun “Turan Tovuz”la görüşündən sonra “Neftçi TV”yə danışıb.

Sportinfo.az xəbər verir ki, bu matçda komandasının birinci qolunun müəllifi olan 33 yaşlı futbolçu belə dəyərləndirib:

“Bilirdik ki, bizi çətin oyun gözləyir. “Turan Tovuz”un da çətin rəqib olduğunu anlayırdıq.

Ancaq yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, layiqli də qələbə qazandıq.

Fanatlarımıza təşəkkür edirəm ki, oyuna gəldilər və bizə dəstək oldular. Məncə, yalnız birlikdə olaraq uğurlar qazana bilərik”.

“Neftçi” 32-ci turdan sonra 50 xalla üçüncü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla