AZ

Aşağı maaşla pula qənaət etməyin yolları

Bir çox insanlar maaşlarının hamısını ayın axırına kimi xərcləyib bitirir. Bəziləri isə ümumiyyətlə növbəti maaş vaxtı çatmamış artıq borclanırlar. Bunlarla yanaşı, maaşlarından kənara ataraq pul yığmağa çalışan insanlar da var. Maaşın çox və az olmasından irəli gələrək bu üsullar fərqli ola bilər. Maraqlıdır, həqiqətən də az maaşla pul yığmaq olar? 

Az maaşla pul yığmaq istəyən şəxslər bəzi nüansları bilməlidirlər:

1. Əksinə düşünün

Əvvəlcə qənaət edəcəyiniz pulu bir kənara qoyun, sonra xərclərinizi planlaşdırın.

2. 5 illik plan hazırlayın

5 il ərzində nəyə nail olmaq istədiyinizə qərar verin və ən qısa zamanda bunun üçün çalışmağa başlayın.

3. Özünüz üçün qaydalar təyin edin

Ehtiyacınız olmayan şeylərə yüzlərlə dollar xərcləməyin. Alış-veriş zamanı alacağınız məhsullara əsasən özünüz üçün yuxarı hədd təyin edin.

4. Gizli zəngin kimi yaşayın

Əslində, məşhur inancın əksinə olaraq, milyonçuların əksəriyyəti təvazökar bir həyat sürür. Misal üçün; Las-Veqaslı milyonçu Devid Sapper ildə 500 min dollar qazanır. Lakin o, aylıq xərclərini 2500 dollarla məhdudlaşdırır.

5. Təqaüdünüzü planlaşdırın

Yaşınız gənc olsa belə, indidən pensiya kapitalı haqqında düşünməyinizdə fayda var.

6. Büdcənizi idarə etməyə çalışın

Xərclərinizi analiz edin. Bu, məqsədinizə çatmaq üçün nə qədər pul ayırmağınız lazım olduğunu göstərəcək.

7. Borcdan qurtulun

Birinci prioritetiniz kredit kartı borcu kimi yüksək faizli borclardan xilas olmaq olmalıdır.

8. Gəlirinizi artırın

Az xərcləyib, çox qənaət etmək lazımdır. Bununla yanaşı, iş qrafikiniz imkan verirsə, əlavə işdə də işləməyi düşünə bilərsiniz.

Əvəz Həsənov

Seçilən
80
2
Mənbələr
Şərh ()
Bağla