AZ

Azərbaycanda mehmanxanaların gəlirləri 32% artıb

Bu ilin birinci rübündə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,1 % artaraq 111,7 milyon manat olub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu məbləğin 58,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,9 faizi ictimai iaşə xidmətlərindən, 3,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 11,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olmuşdur (2023-cü ilin yanvar-mart aylarında 13,4 faiz). Bu göstərici Şabranda 45,5 faiz, Qusarda 41,3 faiz, Bakıda 30,6 faiz, Naftalanda 29,8 faiz, Saatlıda 24,8 faiz, Sabirabadda 20,8 faiz, Beyləqanda 20,4 faiz, Ağcabədidə 20,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
8
Mənbələr
Şərh ()
Bağla