AZ

İsrail mətbuatı: "Əsir mübadiləsi olmazsa, Rəfaha hücum başlayacaq"

İsrail mediasının məlumatına görə, əsir mübadiləsi danışıqlarında irəliləyiş olmazsa, ordu Rəfaha qurudan hücuma keçəcək.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Təl-Əviv və HƏMAS arasında əsir mübadiləsi danışıqlarında yaxın günlərdə irəliləyiş əldə olunmazsa, İsrail ordusu Qəzzanın cənubunda 1,5 milyon köçkün fələstinlinin sığındığı Rəfaha qurudan hücuma keçəcək. 

İsrail ordusu radiosunda yayımlanan xəbərdə Tel-Əviv ilə Həmas arasında davam edən əsir mübadiləsi danışıqları ilə bağlı qiymətləndirmələr aparılıb.

Xəbərdə yaxın günlərdə əsir mübadiləsi danışıqlarında irəliləyiş olmadığı təqdirdə İsrail ordusunun köçkün fələstinlilərin sığındığı Rəfaha qurudan hücum edəcəyi bildirilib.

İsrail və Həmas arasında məhbus mübadiləsi danışıqları dolayısı ilə davam edir. Misir mətbuatında dərc olunan xəbərdə Həmas heyətinin Qahirəni tərk etdiyi və atəşkəs razılaşması təklifinə yazılı cavab verəcəyi açıqlanıb.
 
İngiltərə Xarici İşlər Naziri David Cameron Ər-Riyadda verdiyi açıqlamada, Həmas-a 40 günlük atəşkəs və İsrailli məhbusların azad edilməsi müqabilində minlərlə fələstinli məhbusun azad edilməsi təklif edildiyini bildirib.
 
Nəzrin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
27
Mənbələr
Şərh ()
Bağla