AZ

NATO Rusiya ilə müharibəyə hazırlaşır

NATO

NATO üzvü olan 14 ölkənin hərbçiləri Soyuq Müharibədən bəri Alyansın ən böyük hərbi təlimində iştirak etmək üçün Latviyada toplaşıb.

Reyting.az
-ın məlumatına görə, “The Wall Street Journal” yazır ki, Alyansın əsas məqsədlərdən biri öz üzvlərini, xüsusən də Rusiya ilə, o cümlədən Latviya ilə sərhədə yaxın ərazilərdə yerləşən üzvlərini müdafiə etməyə hazır olduğuna dair MoskvayA siqnal göndərməkdir.

Qeyd edilir ki, koalisiya müharibəsinə hazırlaşmaq NATO-nun prioritetlərindən biridir və qoşunlar döyüş meydanında birgə işləməyi öyrənməlidir.

Onu da qeyd edək ki, yaxın gələcəkdə Rusiyanın qonşu üzv ölkəyə birbaşa müdaxilə ehtimalı az olsa da, NATO ölkələrinin bəzi hərbi rəsmiləri bu yaxınlarda Moskvanın bir neçə il ərzində hücum etmək üçün kifayət qədər güclü ola biləcəyini iddia ediblər. Qəzet yazır ki, Moskvanın on il əvvəl Ukraynanın şərqində etdiyi kimi, Moskvanın yerli rusları ayağa qaldıraraq, gərginlikdən müdaxilə üçün bəhanə kimi istifadə edərək qonşu ölkələrdə münaqişə yaradacağından ehtiyat edirlər.

E. KAMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla