AZ

Rusiya həftələrdir sular altında - FOTO

Aprelin əvvəlində Rusiyanın Orenburq vilayətində Ural çayında bənd yarılıb və daşqınlar baş verib.

News24.az xəbər verir ki, sözügedən daşqına qarın sürətlə əriməsi səbəb olduğu halda, 30-dan çox rayonda 200-dən çox yaşayış məntəqəsi zərər çəkib.

Çaylarda su axınının kritik həddə çatdığı və fövqəladə vəziyyət elan olunduğu Orenburq, Tümen, Kurqan və Altay bölgələrində minlərlə ev, onlarla körpü su altında qalıb.

Sözügedən bölgələrdəki yaşayış məntəqələrində sıxışıb qalanların xilasetmə və təxliyyə işləri günlərlə davam edib.

Sözügedən daşqınlarla əlaqədar Rusiya hökumətinə xüsusi komissiya yaradılması tapşırığı verən Rusiya prezidenti Vladimir Putin hər həftə iclaslar keçirir və səlahiyyətlilərdən məlumat alır.

Son 10 ildə iqlim dəyişikliyi Rusiyada dünyanın digər bölgələrinə nisbətən daha təsirli olub, ölkədə temperaturun artmasına, qarın sürətlə əriməsinə və daşqınlara səbəb olub.

Qeyd edək ki, temperaturun yüksəlməyə meylli olduğu ölkədə fövqəladə hava hadisələri səbəbindən leysan yağışlar və daşqınlar kimi genişmiqyaslı fəlakətlərin tez-tez baş verə biləcəyi proqnozlaşdırılır.

Günel Məlikzadə


Seçilən
24
Mənbələr
Şərh ()
Bağla