AZ

Özünü binadan atmaq "dəbi": Çoxmərtəbəli binaların təhlükəsizliyi necə qurulrub?

Özünü binadan atmaq "dəbi": Çoxmərtəbəli binaların təhlükəsizliyi necə qurulub - Açıqlama

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Son zamanlar özünü hündürmərtəbəli binalarda ataraq həyatlarına son qoyan şəxslərin sayı artıb. Bəs binalarda təhlükəsizlik sistemi necə qurulur. Çoxmərtəbli binada intihar hallarını azaltmaq üçün hansısa addım atıla bilərmi?

Məsələ bağlı tanınmış təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sonxeber.az-a açıqlama verib.

Tanınmış təhlükəsizlik üzrə ekspert bildirib ki, dam hissəsində dəmir məhəccərlərin qurulması damların kilidlənməsi intihar hallarının qarşısını almaq üçün bir çıxış yolu deyil:

"Çoxmərtəbəli binaların dam hissəsində dəmir məhəccərlərin qurulması damların kilidlənməsi intihar hallarının qarşısını almaq üçün bir çıxış yolu deyil.Təhlükəsizlik baxımından, hər-hansısa pis niyyətli insanın ora çıxmasının qarsısının alınması, oğrulardan qorunması, pis hadisələrin qarşısını almaq üçün müəyyən tədbirlər görülə bilər. Amma intiharın qarşısının alınması üçün binanın damına açılan yolların bağlanması və dəmir məhəccəllərin qoyulması, qapıya kilid vurulması çıxış yolu deyil . Eyni zamanda təhlükəsizlik baxımından da düzgün deyil. Yaşayış binaları tikinti normalarına uyğun olaraq lahiyələndirilib. Tikintisi də həmin lahiyəyə əsasən həyata keçirilir. Təhlükəsizlik baxımından müəyyən tədbirlər həyata keçirmək olar. Amma bunlar qanunvericilə uyğun olaraq edilməlidir. Ancaq intiharın qarşısını almaq üçün bu kimi vasitələr efektiv deyil".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla