AZ

"Ermənistan Naxçıvana gedən yolu və Başkəndi Azərbaycana güzəştə getməlidir" - ŞƏRH

"Ermənistan Naxçıvana gedən yolu və Başkəndi Azərbaycana güzəştə getməlidir" - ŞƏRH

Beynəlxalq Ədalət məhkəməsində Azərbaycan Ermənistan tərəfindən torpaqlarımıza dəymiş maddi və mənəvi ziyanın qarşılanmasını, yəni təzminatını tələb etdi. Amma bir məsələ var ki, Ermənistanın büdcəsi ortadadı. Qərbdən hər nə qədər maliyyə yardımı alsa da, bunu təzminat olaraq bizə yönləndirməz. Kompensasiyanı, dəymiş ziyanı Ermənistan torpaqla ödəyə bilər? Söhbət burada kompensasiyanın Qazaxın 3 kəndi və Kərkinin qaytarılmasından gedir. Qeyd-şərtsiz təzminat kimi bu torpaqlar bizə verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab Rzayev deyib ki, burada bir neçə sual yaranır. Burada Azərbaycana saysız-hesabsız zərərlər dəyib. İnfrastruktur dağıdılıb və milyon dollardan artıq zərər yaranıb. 30 il ərzində həmin ərazidən minerallar, materiallar çıxarılıb və meşələr kəsilib. Bu Azərbaycan üçün milyardlarla dollar itirilmiş itki hesab olunur:

"Bütün bu amillər Azərbaycana Ermənistandan təzminat almağa imkan verir. Bu fərqli hallarda ola bilər. Amma böyük ehtimalla Ermənistan büdcəsi Azərbaycana böyük vəsaitdə ödəniş etməyə imkan verməyəcək. Bu baxımdan Azərbaycan Ermənistandan böyük məbləğdə vəsait tələb edə bilməz. Bu baxımdan Azərbaycan qalib və Ermənistan müharibəyə səbəbkar dövlət olduğu üçün ən azından 4 kəndi qaytarılanda biz Başkənd məsələsinin üstündən keçə bilərik. Bu məsələdə Ermənistan ən azından güzəştə getməlidir. Çünki Ermənistan bilməlidir ki, Başkənd Azərbaycan ərazisidir. Ermənistan Azərbaycana sülh təklif edərkən bir sıra məsələləri irəli sürdü. Qarabağın müstəqilliyi tanınsın və Laçın, Kəlbəcər isə Ermənistana verilsin. Digər rayonların isə qaytarılması təklif edildi. Bizim ərazimizin yarısını işğal ediblər. Yarısını isə digərləri ilə dəyişməyi təklif edirdilər. İndi isə üstünlük Azərbaycanın əlindədir. O zaman tələb olaraq bizim Qazaxın 3 kəndi və Kərki qaytarılmasını, o cümlədən bizdə Başkəndin qalmasını tələb edə bilərik. Çünki bütün sülh şərtlərini Ermənistana əvəzsiz verməliyik. Çünki Naxçıvana maneəsiz nəqliyyat məsələsi və Başkənd Azərbaycana güzəştə gedilməlidir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14444
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11498
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5259
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5204
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3622
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3165
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3161
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2941
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2679
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2363
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2240
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2149
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2024
Hidayət Heydərov dünya çempionu oldu
2016
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836