AZ

Cavidan “Komedixana”dan ayrıldı - SƏBƏB 

Aktyor Cavidan Novruz 5 ildir çalışdığı "Komedixana" komandası ilə yollarını ayırıb. 

Yenisabah.az xəbər verir ki, o, bu barədə Lent.az-a müsahibəsi zamanı danışıb. Aktyor xarici seriala çəkiləcəyi və vaxt problemi yaşadığı üçün layihədən ayrıldığını bildirib: 

“Artıq 5 il idi ki, “Komedixana” layihəsində idim, amma srağagün qərar verdim ki, layihədən ayrılım. Çünki vaxt problemim çox idi, amma bu o demək deyil ki, aramızda problem yaşanıb, yox, biz çox mehribanlıqla ayrıldıq, hər şey yaxşıdır. Bilirəm ki, nə vaxtsa dönmək istəsəm, qapılar mənim üçün açıqdır. Lakin hələlik geri dönməyi düşünmürəm. Nə zamansa, məsləhət olsa, bilirəm ki, kimlərlə işləmişəm, kimlərin yanından ayrıldım. Onlar mənim doğmalarımdır, sanki doğmalarımın yanından bir müddətlik ayrılmışam. Hələ ki, bəzi işlərim var, onları tamamlamamış nə isə deyə bilmərəm”. 

Aktyor ən böyük qonorarı məhz “Komedixana”dan əldə etdiyini də etiraf edib:

 “Mən bu günə qədər çox layihədə olmuşam, amma ən çox qonorar aldığım “Komedixana” layihəsi oldu. Burda nə qədər aldığımı açıqlamayacağam. Bu, tək mənə yox, “Komedixana”nın bütün aktyorlarına aiddir. “Komedixana” bizə çox şey verdi: həm səhnə təcrübəsini, həm populyarlığı artırdı. Elə uşaqlar var ki, layihəyə gələndən sonra ev aldılar, yaxud başqa bir iş qurdular”. 

Əsmətxanım 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla