AZ

“Sonra dönüm işıq olum…” - Nazim Əhmədlinin 70 yaşı Laçında qeyd edilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Poeziyamızda bir ad var. Bu ad bizə gözəl lirik şeirlər bəxş edir, eləcə də ədəbiyyatımızın təbliği yolunda təqdirəlayiq işlər görür. Onun 70 illik yibiley tədbiri keçirildi.

Təfsilatı:

Laçın şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Nazim Əhmədlinin 70 illik yubileyi keçirildi.

Tədbir barədə Nazim Əhmədlidən bilgilər aldıq. İlk öncə tədbir iştirakçıları şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra qonaqlar şairin həyat və yaradıcılığını əks etdirən 20-dən çox kitabın yer aldığı sərgi ilə tanış olublar. Nazim Əhmədli bir sıra beynəlxalq təşkilatların tədbirlərində ölkəmizi ləyaqətlə təmsil edib. Şeirləri, hekayələri respublika mətbuatında müntəzəm dərc olunub və rus, çeçen, alman, ingilis, yapon dillərinə tərcümə edilib, Türkiyə, özbək türkcələrində işıq üzü görüb. Nazim Əhməd yerli yazarların xaricdə də yayımlanmasına bacardıqa kömək edir. Məsələn, “Krımın səsi” dərgisində müntəzəm həmyerlilərimizin ədəbi nümunələrinə yer ayrılır. Elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğlu, naşir Səbuhi Aslanov, AMEA-nın əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad və başqaları Nazim Əhmədlinin yaradıcılığından söz açıblar, şairlə bağlı xatirələrini bölüşüb, onun şeirlərini oxuyublar. Sonda şair həm müəllifi olduğu və həm də başqa yazarların kitablarını Laçında fəaliyyət göstərən "Simurq" kitabxanasına hədiyyə edib.

bir gün mən də bulud olum

bir gün mən də bulud olum, göy üzündən baxım sənə; sonraqaralım, bozarım, guruldayım yağım sənə;

əllərini uzat göyə, yağma-yağma deyə-deyə; mən də qoşulum küləyə toxunsun ayağım sənə;

Seçilən
99
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
193
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
182
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
167
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
167
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
153
Azərbaycanda bu məhsul bahalaşdı
144
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
142
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
124
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
120
Helikopter qəzası ilə bağlı yeni xəbər
110
Həlak olan şəxslər sabah dəfn olunacaq
110
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
108
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
102
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
94
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
91
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
89
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
85
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
81
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
77
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
76