AZ

Robert Levandovski “Barselona”dakı gələcəyi haqda danışdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Barselona”nın hücumçusu Robert Levandovski bu yay Kataloniya klubunu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Arena.az xəbər verir ki, polyak futbolçu klubla cari müqaviləsinin müddəti bitənə qədər “Barselona”nı tərk etməyəcəyini bildirib.

Hücumçunun bu barədə “Bild” nəşrinə açıqlamasını təqdim edirik:

“Heç bir vidalaşmaqdan söhbət gedə bilməz. Yayda görüm-baxım qeyri-mümkündür. Hazırda kifayət qədər yaxşı fiziki formadayam: nə qədər ki, bu vəziyyətdə qalacağam, oynamağa davam edəcəyəm. Bu gündən etibarən bunun 2026-cı ilə qədər davam edəcəyini güman edə bilərəm”, deyə Levandovski bildirib.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha bir il artırılmaq şərti ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 44 oyunda 23 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub. Onun Kataloniya klubundakı karyerası bütövlükdə 90 oyun, 56 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 148 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
81
35
Mənbələr
Şərh ()
Bağla