AZ

Gürcü deputat xəsarət aldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Gürcüstan parlamentinin “Vahid Milli Hərəkat” partiyasından olan deputatı Anna Tsitlidze “Xarici agentlər haqqında” qanun layihəsinə etiraz edənlər arasında polislə toqquşma zamanı xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Tsitlidzenin Gürcüstan parlamentinin binasının girişində hüquq-mühafizə orqanlarının istifadə etdiyi bibər qazını udduğu iddia olunur.

Həkimlərin ona ilkin tibbi yardım göstərildiyi bildirilir.

Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında “Xarici agentlər haqqında” qanuna qarşı növbəti mitinq keçirilir.

Seçilən
127
3
Mənbələr
Şərh ()
Bağla