AZ

Hadisə yerinə xüsusi təyinatlı dəstə və hərbi texnika gətirilib...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

...Çərşənbə axşamı, aprelin 30-da Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında Xarici təsirin şəffaflığı haqqında qanunun (“xarici agentlər haqqında”qanun-A.B.) qəbul edilməsinə qarşı növbəti etiraz aksiyası davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Exo Kafkaza”xəbər yayıb.

Qeyd edək ki, Tbilisidə 16-cı gündür ki, hakim “Gürcü arzusu” partiyasının “xarici agentlər haqqında” qanun layihəsini qəbul etməyə ikinci cəhdinə qarşı mitinq keçirilir.

Aksiyada Gürcüstan və Avropa İttifaqının bayraqları, habelə hökuməti tənqid edən və onun Rusiya ilə əlaqələrinə işarə edən şüarlar yazılmış plakatlar görünür.

Aksiya zamanı etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında bəzi toqquşmalar olub. Polis vətəndaşları parlamentin yan girişindən uzaqlaşdırıb. Hadisə yerinə xüsusi təyinatlı dəstə və xüsusi texnika səfərbər olunub.

Mitinq iştirakçıları parlament binasını tərk edən “Gürcü arzusu”nun deputatlarına “ruslar”, “qullar” şüarları səsləndiriblər.

Xatırladaq ki, aprelin 3-də “Gürcü arzusu” partiyasının parlamentə xarici agentlər haqqında qanun təqdim etmək istəyi məlum olub. Daha sonra “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib ki, sənəd təşkilatları xaricdən maliyyələşməni dövlətə hesabat verməyə məcbur edəcək.

Ağasəf Babayev

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla