AZ

Samuray qılıncı ilə yoldan keçənlərə hücum etdi: 13 yaşlı uşaq öldü

Londonun şimal-şərqində samuray qılınclı bir nəfər insanlara hücum edib. İki polis məmuru da daxil olmaqla bir neçə nəfər bıçaq xəsarətləri alıb.

 

Sfera.az xəbər verir ki, Londonun şəhərətrafı ərazisi olan Hainaultda baş verən hadisə zamanı polis hücum edən şəxsi tapança ilə vurub. 36 yaşlı kişi həbs edilib.

 

Hücum nəticəsində xəstəxanaya çatdırılan beş nəfər arasında uşaq da olub. 13 yaşlı uşaq xəstəxanada vəfat edib. 

 

London polisi iki zabitin xəstəxanada yaralı olduğunu bildirib. Hüquq-mühafizə orqanları əməkdaşlarının xəsarətləri ağır olsa da, həyati təhlükələri yoxdur. Onlar əməliyyat olunub. Digər vətəndaşların xəsarətləri orta-ağırdır. 


Mərhumun şəxsiyyəti açıqlanmır. 

 

London meri Sadiq Xan yaxın günlərdə əraziyə əlavə polis qüvvələrinin göndəriləcəyini bildirib.

 

“Ürəyimi parçalanır… İlk müdaxilə edən iki əməkdaşımız başqalarına zərər verməmək üçün öz həyatlarını riskə atsalar da, bu balamızı xilas etmək mümkün olmayıb.”- deyə o bildirib.


Hadisədən bir neçə saat sonra polis hücumun terror olmadığını bildirib. Hüquq-mühafizə orqanları hadisədə məqsədli hücum ehtimalının olmadığına əmindirlər. Polis həmçinin əlavə şübhəlilər axtarmadıqlarını və ictimaiyyət üçün təhlükə olmadığını qeyd edib.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla