AZ

“Mer Sobyanin” 75 yaşlı qocanın 1,5 milyon rublunu “əlindənalıb”..?

Moskvada fırıldaqçılar özlərini “mer Sobyanin” və “Federal Təhlükəsizlik Xidmətinin generalı” kimi təqdim edərək 75 yaşlı kişidən dələduzluq yolu ilə 1,5 milyon rubl alıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri REN TVyayıb.

Zərərçəkmişin sözlərinə görə, oğurluq baş verən gün o, öz bağçasında olub, kompüterdə işləyirmiş. Birdən Sobyaninin "katibi" ona zəng edib və paytaxt merinin indi şəxsən onunla əlaqə saxlayacağını söyləyib. Kişi iddia edir ki, ekranın o biri başında həqiqətən də Sergey Sobyaninə oxşayan bir adam görüb.

“Videokonfrans” zamanı fırıldaqçı təqaüdçünü inandırıb ki, federal büdcədən yığılan vəsait onun hesabından silinib. Bədbəxt adam yalançı ssenariyə inanıb və iki əməliyyatdan istifadə edərək fırıldaqçıların hesabına 1,5 milyon rubl köçürüb.

Təqaüdçü aldadıldığını anlayanda polisə müraciət edib. Hazırda şikayətlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
Mənbələr
Şərh ()
Bağla