AZ

Tbilisdə etiraz aksiyası davam edir, etirazçılar yolu bağlmağa başlayıb

Tbilisidə etiraz aksiyasının iştirakçıları Opera Teatrının ərazisində müxtəlif əşyalarla yolu bağlamağa başlayıblar.

Azpost.info “Qruziya.info”ya istinadən bildirir ki, adamlar zibil qutuları, skamyalar, şlaqbaumlarla yolu bağlamağa çalışırlar.

Hüquq-mühafizə orqanları parlamentin yaxınlığında etirazçılara qarşı su şırnaqlarından istifadə ediblər.

Bundan əvvəl hüquq-mühafizə orqanları əməkdaşları ilə etirazçılar arasında toqquşma olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayıb. Orada deyilir ki,  aksiya nümayiş çərçivəsindən tamamilə çıxıb, zorakılığa çevrilib və ictimai asayişin bərpası üçün Daxili İşlər Nazirliyi qanunla nəzərdə tutulmuş tədbirləri həyata keçirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla