AZ

Qarşıdakı hədəf daha böyükdür

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Avropa yüklərini geoiqtisadi və nəqliyyat-logistika aspektlərində regionun mərkəzi qovşağı halına gələn Azərbaycan üzərindən daşımaqda maraqlıdır

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda öz müstəqil siyasətini qoruyan və dünya dövlətləri arasında sayılıb seçilən ölkələr sırasındadır. Azərbaycan coğrafi olaraq Qərblə Şərqin, Şimal ilə Cənubun inteqrasiya etdiyi beynəlxalq nəqliyyat-tranzit yollarının kəsişməsində yerləşir. Belə əhəmiyyətli coğrafi mövqe imkan verir ki, ölkəmiz tranzit imkanlarından istifadə edərək dünya iqtisadiyyatının təchizat zəncirində əhəmiyyətli ölkə mövqeyinə sahib olsun. Regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb.

Geoiqtisadi və nəqliyyat-logistika aspektlərində Azərbaycan regionun mərkəzi qovşağı halına gəlib. Bu sırada öncə "Yeni İpək Yolu" layihəsi ilə Azərbaycanın coğrafi, iqtisadi, energetik və nəqliyyat-logistika özəlliklərinin tam uyğunlaşdırılması vurğulanmalıdır. Sadalanan istiqamətlərdə sistemli fəaliyyət göstərmək üçün Azərbaycanın strateji yol xəritələri hazırdır. "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir. Sənəddə logistika üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflər konkret ifadəsini tapıb. Eyni zamanda, həmin məqsəd və hədəflərə çatmaq üçün prioritetlər də müəyyənləşdirilib. Daha konkret səviyyədə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb.

Hazırda Qırmızı dənizdəki vəziyyətlə əlaqədar olaraq Asiya ilə Avropa ölkələri arasında yük daşımalarının dəyəri 400 faiz artıb. Bu barədə Avropanın iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni açıqlama verib.  O qeyd edib ki, Qırmızı dənizdən daşınmaların istiqamətləndirilməsi ilə əlaqədar olaraq Avropa və Asiya arasında çatdırılma müddətləri 10-15 gün artıb. Bu, xərclərin 400 faiz yüksəlməsinə səbəb olub. Logistik baxımdan çətinliklərin yaranması Azərbaycan üçün əlavə imkanlar yaradıb. Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib ki, Çindən Azərbaycan ərazisi ilə 100-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır. Qeyd olunub ki,  2024-cü ildə  Çindən Azərbaycan ərazisi ilə Avropaya daşınan yüklərin həcmi artacaq. Yanvarda Çinin Sian vilayətindən Azərbaycan istiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb. Tranzit yüklər əsasən texniki avadanlıqlardan ibarət olub. Xatırladaq ki, 2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaların (dəmir yolu, dəniz və avtomobil) ümumi həcmi 75 faiz artaraq 10.7 milyon tona çatıb. Qarşıdakı hədəf isə daha böyükdür. “Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün fəaliyyət planı”na əsasən, Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2024−2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10.7 milyon tondan 13.6 milyon tona çatdırılması nəzərdə tutulur. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycandan keçən Şərq-Qərb (Avropa-Qafqaz-Asiya və ya Orta Dəhliz) və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq artıb. Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

Ölkəmizin tərəfdaşları ilə birlikdə nəqliyyat infrastrukturunun tam ötürücülük gücü ilə fəaliyyətini təmin etmək üçün praktik işlər görülür. Məsələn, hökumət tərəfindən dəhlizlərin inkişafına mühüm vəsait ayrılması, respublikamızda avtomobil və dəmir yollarının müasir səviyyədə qurulmasına xüsusi önəm verilməsi, həmçinin əsaslı təmirinin aparılması bunun bariz ifadəsidir. Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur. Statistika göstərir ki, Orta Dəhlizlə yük daşımalarında davamlı artım müşahidə olunub, 2023-cü ildə marşrut üzrə 1,2 milyon tondan çox yük daşınıb ki, dəhlizin həyati əhəmiyyət daşıyan ticarət dəhlizi kimi əhəmiyyətini nümayiş etdirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi bildirir ki, Orta Dəhlizin inkişaf etdirilməsi sahəsində xüsusilə Azərbaycan və Qazaxıstanın birgə səyləri nəticəsində Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması müddəti 53 gündən hazırda 18 günə qədər azaldılıb. Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən konteyner qatarı vasitəsilə daşımaların həyata keçirilməsi Orta Dəhlizin bütün iştirakçı dövlətləri eyni zamanda Avropa bazarları üçün böyük əhəmiyyət kəsb edir. Mərkəz hesab edir ki, Siandakı Qazaxıstan terminalından başlayaraq Aktau və Abşeron stansiyasiyalarından keçən və uzunluğu 7 min kilometr olan marşrutu 11 günə qət edən qatar nəqliyyatı Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaqla, multimodal daşıma sahəsində ölkələr arasında ticarət, gömrük və sair sahələrdə regional inteqrasiya təşəbbüslərini sürətləndirəcək. Yaxın 5 il ərzində Orta Dəhlizin infrastrukturuna və proseslərin səmərəliliyinin artırılmasına 5 milyard avroya yaxın investisiya qoyulacağı planlaşdırılır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
258
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
239
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
216
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
212
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
201
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
192
Azərbaycanda bu məhsul bahalaşdı
190
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
165
Helikopter qəzası ilə bağlı yeni xəbər
161
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
155
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
153
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
146
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
142
Həlak olan şəxslər sabah dəfn olunacaq
142
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
142
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
137
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
114
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
110
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
110
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
106