AZ

“Yurqorden”in ən uğursuzları

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İsveç mətbuatı “Yurqorden”in ən zəif mövqeyi ilə bağlı araşdırma aparıb.

Futbolinfo.az xəbər verir ki, Stokholm təmsilçisinin ən uğursuz oyunçuları hücumçular hesab edilib.

Komandanın həm ötən mövsüm ilk “üçlüy”ə düşə bilməməsi, həm də cari mövsümə qeyri-stabil start götürməsi məhz ön xətt oyunçuları ilə əlaqələndirilib. Yerli KİV-in fikrincə, “Yurqorden”in son illər ən uğursuz transferləri sırasında Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı da var.

“Musa Qurbanlı, Qustav Vikheym, Haris Radetinaç və Oskar Fallenius ümidləri doğrultmurlar. Rəhbərlik bu problemi yoluna qoymaq üçün mövsümün əvvəlində Deniz Hümmet, Tokmaç Nquen və Tobias Qullikseni transfer etdi. Lakin bu hücumçular da çarə olmadılar”, – deyə yazıda vurğulanıb. Qeyd edək ki, “Yurqorden”ə ötən il “Qarabağ”dan keçən Musa Qurbanlının yayda komandasını dəyişməsi gözlənilir. 22 yaşlı forvardın İsveç klubu ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla