AZ

Gürcüstanda AİB-in 57-ci illik toplantısı öz işinə başlayıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Tbilisi. Trend:

Tbilisidə Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısıişə başlayıb.

Trend-in müxbiri xəbər verir ki, mayın 2-5-də keçiriləcək 57-ciillik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

Tədbirdə bərpa olunan enerji, rəqəmsal əlaqə, Orta Dəhliz,maliyyədə davamlılıq, süni intellekt və rəqəmsal transformasiya,iqlim dəyişikliyinin maliyyələşdirilməsi ilə bağlı məsələlərmüzakirə olunacaq.

Bundan əlavə, “Asiya İnkişaf Siyasəti Hesabatı 2024: AsiyadaYaşlanma”nın təqdimatı planlaşdırılır.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri və AİBRəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

Seçilən
33
3
Mənbələr
Şərh ()
Bağla