AZ

Şeydayevə vərəqə xəbərdarlığı

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Kocaelispor” Türkiyədə Superliqaya vəsiqə uğrunda mübarizəni davam etdirir.

Futbolinfo.az xəbər verir ki, hazırda I Liqada 55 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan Kocaeli təmsilçisi üçün son iki tur finala bərabər sayılır. Çünki Şeydayevin komandası əvvəlcə 6-cı sıradakı “Bodrumspor”, son matçda isə 3-cü yerdəki “Sakaryaspor”la qarşılaşacaq. Bu mənada Sakarya komandası ilə son tur qarşılaşması xüsusi önəm kəsb edir. Çünki həmin qarşılaşmada qələbə “Kocaelispor”u 3-cü yerə daşıya bilər.

Bunu yaxşı başa düşən klub rəhbərliyi və məşqçi korpusu futbolçularla həm kollektiv, həm də fərdi görüşlər keçirir. Onlar 5 oyunçuya xüsusi xəbərdarlıq ediblər. Belə ki, Gökhan Dəyirmənci, Burak Öksüz, Kandeyas, Cihat Çelik və Ramil Şeydayev hazırda vərəqə limitinin bir addımlığındadırlar. Adıçəkilən futbolçulardan hansı “Bodrumspor”la qarşılaşmada sarı vərəqə alsa, son görüş öncəsi cəzalı duruma düşəcək. Bunun baş verməməsi üçün isə həmin oyunçulara ehtiyatlı olmaları tapşırılıb.

Qeyd edək ki, mayın 5-də “Bodrumspor”un qonağı olacaq “Kocaelispor” bir həftə sonra “Sakaryaspor”u qəbul edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla