AZ

"Selfie" vərdişi - "İnsanlar populyarlıq üçün təhlükəli çəkilişlər edir" - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Selfie" vərdişi - "İnsanlar populyarlıq üçün təhlükəli çəkilişlər edir" - VİDEO

Selfi fotoları, həm də özünü bu yolla videoya çəkmək bütün dünyada olduğu kimi Azərbaycanda da dəbdədir. Lakin bu bəzən həyat üçün təhlükə yaradır. Əlbəttə ki, bu selfinin hansı ərazidə reallaşdırılmasından asılıdır. Dağlıq ərazilərdə, maşın yolunda və avtomobil idarə edərkən bu yolverilməzdir. Misallar çox, ölümlər isə az deyil.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Apa TV sakinlər arasında sorğu keçirib:

"Dağlıq ərazilərdə şəkil çəkdirərkən baş gicəllənməsi ola bilər. Bununla yanaşı yol qırağında, hündür binalarda şəkillər çəkdirməyi sevmirəm. Bu kimi addımlar həqiqətən təhlükəlidir. Son zamanlar cavanlar telefona aludə olublar. Bu telefon çıxmasa nə yaxşı olardı".

İnsanlar selfi vasitəsilə nə isə bağlı xatirələrini bölüşürlər. Bu üsul vaxtaşırı normal qarşılanır. Mütəmadilik isə vərdişdir. Bu vərdiş heç də yaxşı sonlanmır. Psixoloqlar isə bu vəziyyəti psixoloji narahatlıq adlandırır.

Ətraflı "Apa TV-nin" süjetində:

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla