AZ

“Aqrar Sığorta”da geri sayım davam edir - Yığımlar 2,2 mln. manatdan çox azalıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin 2024-cü ilin ilk rübündə topladığı sığorta haqqları 7,35 milyon manata bərabər olub. Bu isə son ötən ilin eyni dövrünə nisbətən 23,2% azdır.

Valyuta.az-ın məlumatına görə, son bir ildə müştərək sığorta şirkətinin yığımları 2,2 milyon manat azalıb. Belə ki, 2023-cü ilin birinci rübündə “Aqrar Sığorta”nın yığımları 9,6 milyon manat təşkil etmişdi. 

Sığorta şirkətinin yığımları azalsa da, ödənişləri artmaqda davam edib və ilk rübdə 1,75 milyon manata çatıb. Başqa sözlə, şirkətinin ödənişləri 2,1 dəfə və ya 953 min manat artıb. 2023-cü ilin ilk rübündə ödənişlərin ümumi həcmi 799 min manat təşkil etmişdi.

Son nəticədə sığorta şirkətinin zərərliyi 8%-dən, 23,8%-ə yüksəlib. 

Qeyd edək ki, son dövrlər ölkədə aqrar sığorta fəaliyyəti tənqid edilməyə başlayıb. Hesablama Palatası bu sistemin fəaliyyəti ilə bağlı nöqsanlar aşkarlayıb.

Xatırladaq ki, 2020-ci ildə yaradılan “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” 7 sığorta şirkəti tərəfindən bərabər paylarla təsis edilib. Müştərək şirkətin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.

Leyli

Seçilən
54
50
Mənbələr
Şərh ()
Bağla