AZ

PSJ Dortmund səfərində

Bu gün Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına yekun vurulacaq.

İdman.biz xəbər verir ki, günün yeganə matçı Almaniyada təşkil olunacaq.

Matç Dortmundda baş tutacaq. Yerli “Borussiya” öz meydanında PSJ ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalın digər qarşılaşmasında “Bavariya” ilə “Real” məhsuldar heç-heçə edib – 2:2.

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may
23:00. “Borussiya” D – PSJ
Baş hakim:
Entoni Teylor (İngiltərə)
Dortmund. “Siqnal İduna Park”

İdman.biz

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla