AZ

"Cənnətə gedən pilləkən" sökülür

Havay adalarından biri olan Oahuda Honolulu şəhərində yerləşən Haiku pilləkənləri turistlərin böyük marağına səbəb olan yerlərdən biridir.

Publika.az xəbər verir ki, Honolulu Bələdiyyəsinin son açıqlamasında 1987-ci ildən bəri çıxışı qadağan edilən pilləkənin söküləcəyi açıqlanıb. Təxminən 855 metr hündürlüyündə olan pilləkən bəzən dumanlı dağlıq ərazilərə çıxışı təmin etdiyi üçün “Cənnətə gedən pilləkən” kimi də tanınır.

Bələdiyyənin açıqlamasında sözügedən yolun həm təhlükəli olduğu, həm də başqalarına məxsus torpaqlardan keçdiyi vurğulanıb. Buna görə də turistlərdən pilləkənlərlə çıxmaması xahiş edilib. Aprelin 23-də pilləkənlərlə çıxan 5 nəfər şəxsi mülkiyyətə müdaxilə ittihamı ilə saxlanılıb. İkinci Dünya Müharibəsində quraşdırılmış radio qülləsinə daxil olmaq üçün ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən tikilmiş pilləkənin sökülməsi bələdiyyəyə təxminən 2,5 milyon dollara başa gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla