AZ

ABŞ və İordaniyadan Qəzzaya hava yardımı

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İordaniya Kral Hərbi Hava Qüvvələri ilə birgə təşkil edilən hava əməliyyatı ilə Qəzzaya ərzaq yardımının çatdırıldığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, CENTCOM-dan verilən açıqlamada, “ABŞ Mərkəzi Komandanlığı və İordaniya Kral Hərbi Hava Qüvvələri 30 aprel 2024-cü il tarixində saat 13:40-da Qəzzada davam edən qarşıdurmadan zərər çəkmiş mülki şəxslərə zəruri yardım göstərmək üçün Qəzzanın şimalına birləşmiş humanitar hava əməliyyatı həyata keçirib. Birgə əməliyyatda ABŞ və İordaniya tərəfindən təmin edilən qida və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç C-130 təyyarəsi iştirak edib. ABŞ-nin C-130 təyyarələri Qəzzaya 25 000-dən çox yemək paketi ataraq həyat qurtaran humanitar yardım göstərib".

Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla