AZ

Növbəti görüş: “Ciddi qərarlar verilə bilər, fərqli gözləntilər var”

“Azərbaycanla Ermənistan arasında Almatıda keçiriləcək görüş ciddi əhəmiyyət kəsb edir. Belə ki, iki dövlət arasında ikitərəfli danışıqların artıq vasitəçisiz aparılması ciddi məqamdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qazaxıstan proseslərdə “vasitəçilik” yox, platforma rolunu təklif edib:

“Azərbaycan və Ermənistan öz növbəsində bunu müsbət qiymətləndirib. Qazaxıstanda baş tutacaq görüşdə delimitasiya üzrə danışıqlar aparılacaq və ciddi qərarlar veriləcək. Hətta bu ilin sentyabr-oktyabr aylarında iki ölkə arasında baza sənədi olan saziş də imzalana,, sülh müqaviləsi istiqamətində ciddi addımlar atıla bilər. Artıq hərbi eskalasiya ortadan qalxıb, tərəflər arasında müəyyən etimad formalaşıb. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də Almatıda keçiriləcək görüşündə bir çox məsələlər razılaşdırılacaq”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla