AZ

E-huquq.az 5 yaşında!

Bu gün e-huquq.az saytının fəaliyyətə başlamasından 5 il ötür.

E-huquq.az 2019-cu il 1 may tarixində fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

Saytın əsas məqsədi məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətinin işıqlandırılması, vətəndaşların hüquqi biliklərinin artırılması istiqamətində məqalə, reportaj və müsahibələrin dərc edilməsi, Azərbaycanda və dünyada baş verən mühüm hüquqi, siyasi və digər xəbərlərin oxuculara təqdim edilməsindən ibarətdir.

Portal Azərbaycan, rus və ingilis dillərində informasiya xidməti göstərir.

Qısa müddət ərzində populyarlıq qazanan saytın daimi oxucuları arasında müxtəlif peşə sahibləri ilə yanaşı, hüquqşünaslar, vəkillər, hakimlər, məhkəmə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları üstünlük təşkil edir.

E-huquq.az bir çox dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. Operativ və səmərəli əməkdaşlığa görə dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlarla təltif olunub.

Saytın təsisçisi və direktoru Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyevdir.

Qeyd edək ki, E-huquq.az 2 mart 2023-cü il tarixində Media Reyestrində qeydiyyatdan keçib.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla