- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
CBS News-un rəsmi xəbər saytındakı xəbərdə, fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib.
News24.az xəbər verir ki, ABŞ vətəndaşı olan və ya ölkədə yaşayan qohumu olan fələstinlilərlə bağlı araşdırmaların aparıldığı vurğulanıb.
Bildirilib ki, ABŞ-da qohumları olan fələstinlilərə yönələn bu tətbiqin müharibədən zərər çəkmiş Qəzzanı tərk edənlər üçün “təhlükəsiz sığınacaq” imkanı yaratması planlaşdırılır.
Qəzzadan Misirə qaçmağı bacaranlara ABŞ-ın Qaçqınların Qəbulu Proqramı çərçivəsində qaçqın statusunun veriləcəyi bildirilib.
Xəbərdə ABŞ-lı qohumları olan fələstinlilərin Qəzzanı tərk etmələrinə kömək oluna biləcəyi vurğulanıb və bu məqsədlə Misirlə əməkdaşlıq ediləcəyi qeyd edilib.
Günel Məlikzadə