AZ

Politoloq: “Etiraz aksiyaları təşkil etmək üçün Gürcüstana çoxlu pul gəlir”

“Qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstana külli miqdarda pul axını davam edir və bunun sayəsində müxalifət xarici agentlər haqqında qanunun qəbuluna qarşı etirazları rahatlıqla təşkil edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Gürcüstan prezidentinin keçmiş aparat rəhbəri, politoloq Petre Mamradze deyib.

Onun sözlərinə görə, Saakaşvilinin tərəfdarları hakimiyyət dəyişikliyi üçün təxribatlar törətmək istəyir.

“Biz görürük ki, bu, kortəbii etiraz deyil. Milli Hərəkat üzvlərinin, Saakaşvilinin tərəfdaşlarının hakimiyyət dəyişikliyi üçün təxribatlar törətmək istədiklərini sezirik. Bu insanlar daim şəkil üçün çalışırlar. Özlərini elə aparırlar ki, onların operatorları polisin onlarla necə davrandığını çəksin”, – deyə Mamradze bildirib.

Gürcüstan polisi parlament binası yaxınlığında keçirilən aksiyada 63 nəfəri saxlayıb. Nümayişçilərin dağıdılması zamanı 6 polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları səs-küylü qumbara və qazdan istifadə etməklə etirazçıları dağıtmağa çalışıblar.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla