AZ

KOICA-nın Azərbaycanda kəhriz su sistemlərinin bərpası ilə bağlı layihəsi yekunlaşıb

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi KOICA tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə həyata keçirilən "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı 2018-2024" layihəsi uğurla başa çatıb.

KOICA-nın Azərbaycan nümayəndəliyindən Day.Az-a bildirilib ki, BMqT-nin Bakıdakı baş ofisində layihənin bağlanış mərasimi keçirilib.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Koreyanın Azərbaycandakı səfirinin müavini xanım Youkyoung Hvanq, KOICA-nın Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru xanım Sulim Hvanq, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva, BMqT-nin Azərbaycan üzrə rəhbəri Amr Taha çıxış ediblər.

Sulim Hvanq çıxışında büdcəsi 4,420,000 ABŞ dolları olan bu layihənin KOICA-nın BMqT ilə əməkdaşlıq çərçivəsində kəhrizlərin bərpasi ilə bağlı həyata keçirdiyi ikinci layihəsi olduğunu vurğulayıb.

Amr Taha Davamlı İnkişaf Məqsədlərinə nail olmaqda tərəfdaşlıq və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, BMqT-nin 25 ildir ki, kəhriz bərpası ilə məşğul olduğunu və bu müddət ərzində Azərbaycanda 200-ə yaxın kəhrizin bərpasını həyata keçirdiyini bildirib.

Layihə müddətində KOICA və BMqT Azərbaycanın Ağdam, Ağcabədi, Bərdə, Gəncə, Goranboy, Füzuli, Göygöl, Qazax, Şəmkir və Cəbrayıl rayonlarında kəhriz su təchizatı sistemlərinin bərpasını dəstəkləmək və kənd yerlərinin kompleks inkişafına töhfə vermək üçün sıx əməkdaşlıq edib.

Bu tərəfdaşlıq çərçivəsində ənənəvi, dayanıqlı su təchizatı sistemi olan 33 kəhriz bərpa edilib, 18 supaylayıcı infrastruktur qurulub, 240 kilometrdən çox suvarma kanalı təmizlənib. Bundan əlavə, 2 pilot rayonda - Ağdam və Ağcabədidə kiçik biznesə dəstək məqsədilə 23 məcburi köçkünün Biznes Planı seçilərək dəstək verilib. Layihədən 33 icma, 6600 ev təsərrüfatı və 23100 nəfər birbaşa faydalanıb. Layihə fəaliyyətləri çərçivəsində Azərbaycanda Kəhrizlərin ikidilli Milli Atlası və Azərbaycanda Kəhrizlərin Bərpası üzrə Milli Baş Plan hazırlanıb.

2019-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetində Kəhriz mühəndisliyi üzrə maarifləndirmə və elmi araşdırmaların təşviqi məqsədilə Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi yaradılıb. Kankanların potensialının artırılması məqsədilə keçirilmiş təlimlərdə 50 təlim iştirakçısı sırasından 10 kankan usta və təlimçi kimi hazırlanıb.

Qeyd edək ki, innovativ texnologiyasına görə Kəhriz layihəsi 2021-ci ildə Beynəlxalq Qlobal Enerji Mükafatını alıb.

Seçilən
70
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21232
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19345
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18281
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17684
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16899
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16735
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16108
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15537
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12027
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11277
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9277
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8409
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8008
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7540
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7178
Minimum əmək haqqı nə qədər arta bilər?
7095
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6383
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5776