AZ

Zelenski korrupsiyada adı hallanan Təhlükəsizlik Xidmətinin departament rəhbərini işdən çıxarıb

Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik departamentinin rəhbəri İlya Vityuku tutduğu vəzifədən azad edib.

APA xəbər verir ki, bu barədə Zelenski fərman imzalayıb.

Aprel ayında İlya Vityukun jurnalistlərlə qalmaqaldan sonra cəbhəyə göndərildiyi məlum oldu.

Onun adı KİV-də korrupsiyada ittiham olunurdu.

Məlum olub ki, Vityukun həyat yoldaşı 2023-cü ilin dekabrında dəyəri 657 min dollardan çox olan premium yaşayış kompleksində mənzil alıb.

İddi edilib ki, Təhlükəsizlik Xidmətinin şöbəsinin müdirinin rəsmi maaşı belə mənzil üçün kifayət etmir.

Seçilən
171
Mənbələr
Şərh ()
Bağla