AZ

Ronaldu "Əl-Nəsr"i Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxarıb

Məşhur portuqaliyalı hücumçu Kristianu Ronaldunun oynadığı "Əl-Nəsr" və "Əl-Xalid" komandaları arasında Səudiyyə Ərəbistanı Çempionlar Kubokunun yarımfinal matçı başa çatıb.

“Report” xəbər verir ki, görüş ər-Riyadda keçirilib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Ronaldu dubl edib. Seneqallı hücumçu Sadio Mane isə meydan sahiblərinin üçüncü qolunu vurub.

Beləliklə, "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxıb. Turnirin həlledici oyununda Ronaldunun komandası "Əl-Hilal"la oynayacaq.

Seçilən
195
4
Mənbələr
Şərh ()
Bağla