AZ

"Masallı" üçün mövsüm başa çatdı

Masallı PFK üçün Region Liqası 2023/2024 mövsümü başa çatdı.

Hədəf  Final mərhələsinə vəsiqə qazanmaq idi. Fikrimcə1/4 Final mərhələsinə qədər gəlməyimiz ilk mövsüm üçün  normal nəticədir. Buna bir çox şey səbəb olsa da nəticə eynidir. Hər şey ola bilərdi, futboldur.  

Daha güclü olmağımız üçün bir neçə addım atdıq, maliyyə imkanları üçün çox çalışdıq, təəssüf hissi ilə bildirim ki, lazımı dəstəyi almadıq.

Bütün bunlara baxmayaraq bizim yanımızda olub əlindən gələn dəstəyi göstərən şəxslər oldu, onların hər birinə, azərkeşlərimizə, eyni zamanda bizi daima diqqət mərkəzində saxladıqlarına görə media nümayəndələrinə təşəkkür edirəm.

Masallı mərkəzi stadionunun sahibi Hacı Səxavət müəllimə xüsusi təşəkkür edirəm.

Viləş Palace rəhbəri Hacı Mazan müəllimə təşəkkür edirəm.


Daha bir təşəkkürüm futbolçularımız, məşqçi heyətimiz və bütün komanda heyətinədir, çox sağolun gözəl mövsümə görə. İdmanın, xüsusilə də futbolun regionlarda inkişafı üçün daha güclü qayıdacağıq.

Sonda  AFFA-ya və Region Liqasının təşkilatı heyətinə komandamızın adından təşəkkür edirik.
Onu da qeyd edək ki, Masallı PFK fəaliyyətini davam etdirir 6-yaşdan 13-yaşda dək qəbul davam edir.

Hörmətlə: Masallı PFK-nın Prezidenti 
Mirələm Həşimov

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla