AZ

BBC-nin dörd qadın aparıcısı qurumu məhkəməyə verib

BBC-nin

London, 2 may, AZƏRTAC

Britaniyanın BBC telekanalının dörd qadın aparıcısı cinsiyyət və yaş ayrı-seçkiliyinə məruz qaldıqlarını iddia edərək telekanalı məhkəməyə verib.

AZƏRTAC xəbər verir ki, Anita Makvey, Martine Kroksal, Karin Giannon və Kasiya Madera 2020-ci ilin fevral ayından etibarən kanaldakı kişi aparıcılar ilə müqayisədə bərabər maaş almadıqlarını da deyiblər.

BBC məhkəmənin ilkin dinləməsi zamanı iddiaları rədd edib, aparıcıların yaş və ya cins ayrı-seçkiliyə məruz qalmadıqlarını deyib.

Məhkəmədə növbəti dinləmə bu gün keçiriləcək.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
118
3
Mənbələr
Şərh ()
Bağla