AZ

Almaniyaya sığınan "söyüş müxalifəti" Azərbaycana təhvil verilə bilər – Mühüm açıqlama

Almaniyaya sığınan "söyüş müxalifəti" Azərbaycana təhvil verilə bilər – Mühüm açıqlama

Rəsmi Berlinin Azərbaycanla münasibətlərinin yaxınlaşması fonunda Almaniyaya sığınan söyüş müxalifətinin nümayəndələrinin taleyi bir çoxlarına maraqlıdır. İctimaiyyətdə belə bir sual yaranıb: onların ölkəyə ekstradisiyası mümkün ola bilərmi?

Xatırladaq ki, deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı xaricdə təşkilatlanan söyüş müxalifətinin Azərbaycan dövlətinin səbrini daşdırmaq ərəfəsində olduğunu demişdi. Hətta bundan sonra bir neçə mühacir Almaniya hökumətinə təhlükəsizliklərinin qorunması üçün müraciət etmişdilər.

Azərbaycan-Almaniya münasibətlərinin yaxşılaşması bu ölkədə mənzillənən söyüş müxalifətinə nə vəd edir?

Deputat Bəhruz Məhərrəmov mövzunu Globalinfo.az-a şərh edərkən deyib ki, Azərbaycan-Almaniya münasibətlərinin son 1 illik təqviminə diqqət yetirilsə, hər iki ölkənin mürəkkəb bir periodu arxada qoyduğunu görmək mümkün olar.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Emmanuel Makronun planlarını alt-üst edib:

"Sirr deyil ki, müəyyən dövrə qədər Almaniya da beynəlxalq platformalarda Fransanın alətinə çevrilməklə antiazərbaycan koalisiyanın fəal üzvü kimi davranırdı. Lakin İlham Əliyev bu prosesdə də böyük siyasi ustalıq nümayiş etdirərək Parisin əzəli rəqibi Almaniyanın tamamilə fərqli rakursdan dövriyyəyə daxil olmasına imkan yaratmaqla Makronun Berlin üzərindən planlarını iflasa uğratdı. Əlbəttə, proseslərin gedişatı barədə proqnozlar vermək çətindir. Amma son bir neçə ayda, habelə bu gün üçün hələ ki, Berlinin tutduğu mövqe Azərbaycanı qane edir və artan təmaslar da bunu sübut edir. Lakin bu yaxınlarda Antoni Blinkenin cənab İlham Əliyevə zəngi daha bir reallığı üzə çıxardı və göstərdi ki, kollektiv Qərb tədricən reallıqları qəbul etməyə başlasa da, hələ də situasiyanı lazımi surətdə həzm edə bilmir. Xüsusən aydın oldu ki, ABŞ başda olmaqla, Qərb bloku qlobal ombudsman obrazından əl çəkməyərək ənənəvi insan haqları məsələsinə öz məqsədləri naminə effektiv təsir rıçağı kimi yanaşır".

Deputat deyib ki, bu gün Almaniyada hələ də özlərini "siyasi mühacir" kimi təqdim edən, lakin bu ölkənin xüsusi xidmət orqanlarının təlimatları ilə hərəkət edən, şərəfini itirmiş muzdlu internet xuliqanları var:

"Onların rahat formada fəaliyyəti üçün şəraitin yaradılması, habelə hakim partiyanın nümayəndəsi Şvabenin qeyri-hüquqi və ləyaqətsiz açıqlamaları göstərir ki, Almaniya da insan haqları məsələsinə yeni dövrün qüdrətli Azərbaycanına qarşı əlini gücləndirmək üçün perspektiv imkan kimi baxır. Təbii ki, bu bizi narahat edir. Lakin ötən dövrün təcrübəsinə baxsaq, Azərbaycana münasibətdə heç bir təcavüzkar niyyət, o cümlədən milli maraqlarımızı hədəf alan cinayətlər cavabsız və cəzasız qalmayıb. O cümlədən Almaniyada və bütövlükdə digər xarici ölkələrdə antiazərbaycan fəaliyyəti ilə məşğul olan "azərbaycanlılar" mühakimə edilərək ən sərt formada cəzalanacaq. Azərbaycanın yaratdığı reallıqlar möhkəmləndikcə, kollektiv Qərb də tədricən o ünsürlərə ehtiyac duymayacaqlarının fərqinə varacaq".

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla