AZ

“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” mövzusunda tədbir

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda “Əməyin mühafizəsi və təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.

Aztibb.az xəbər verir ki, institutun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri f.r.e.ü.f.d. Fuad Hümbətov, institutun rəhbərliyi və əməkdaşları iştirak edib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdırıb. Alim iqlim dəyişikliyi ilə bağlı dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsini tarixi hadisə kimi dəyərləndirib. Bildirib ki, COP29-un Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin yekdilliklə razılıq verməsi ölkəmizin beynəlxalq nüfuzunun əyani göstəricisi, dövlətimizin siyasi və iqtisadi qüdrətinin möhkəmlənməsinin işarəsidir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri f.r.e.ü.f.d. Fuad Hümbətov “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, iqlim dəyişikliklərinin əsas səbəblərindən biri artıq yanacağın tullantıları, bu sahədə nizamsız olan proseslərin nəticəsində atmosferin korlanmasıdır. Bu da, planetimizin ekologiya, fauna və florasının çirklənməsinə, insanlar arasında xəstəliklərin artmasına səbəb olur və bəşəriyyətin məhvinə gətirib çıxarır.

Natiq, həmçinin bu ilin noyabr ayında Azərbaycanda dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcəyini qeyd edib. Diqqətə çatdırıb ki, COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır.

Sonda mövzu ətrafında müzakirələr aparılıb əməkdaşların sualları cavablandırılıb.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla