AZ

“BOKT İcraçı Kredit Agentliyi”nin kredit portfeli kiçilib

2023-cü ildə “BOKT İcraçı Kredit Agentliyi” MMC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 18 min 262 manat azalaraq 896 min 594 manata düşüb. Təşkilat 2022-ci ilin sonunda 914 min 856 manat kredit portfelinə malik idi.

“BOKT İcraçı Kredit Agentliyi”nin 31 dekabr 2023-cü il tarixinə Mənfəət və zərər hesabatı dərc edilmədiyi üçün Təşkilatın gəlir və xərclərini öyrənmək mümkün olmayıb. Balans hesabatından görünür ki, ötən il “BOKT İcraçı Kredit Agentliyi”nin bölüşdürülməmiş mənfəəti 232 min 940 manat azalaraq 570 min 100 manata düşüb. 

 

BOKT İcraçı Kredit Agentliyi
Seçilən
121
50
Mənbələr
Şərh ()
Bağla