AZ

8 ildən sonra ilk: Ərdoğan bu gün CHP liderini qəbul edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəli AK Partiya Ümumi Qərargahında qəbul edəcək.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, görüşdə yeni konstitusiya işləri, eləcə də İsrail-Fələstin müharibəsi ilə bağlı  müzakirələr aparılacaq.

Qeyd olunur ki, prezident Ərdoğan və CHP sədri Özgür Özəl Ramazan bayramını münasibətilə telefonla danışıb. Aprelin 23-də isə Türkiyə Böyük Millət Məclisində keçirilən qəbulda siyasi partiyaların nümayəndələri də içtirak ediblər.

31 mart bələdiyyə semkilərindən sonra ilk təkbətək görüş AK Partiya Ümumi Qərargahında baş tutacaq.

Murad Məmmədli

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla