AZ

Fərid Mansurov: “Paris-2024-ə daha çox güləşçi ilə yollanmaq istəyirik”

"Paris-2024-ə bacardığımız qədər daha çox güləşçi ilə yollanmaq istəyirik".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov mayın 9-13-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirini dəyərləndirərkən deyib.

O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda güləşçilərimizin vəsiqələr əldə edəcəyinə inanır: "Sərbəst güləşçilərimiz Olimpiya çəki dərəcələrinin hər birində lisenziya əldə etdikləri üçün İstanbuldakı turnirə qatılmayacaqlar. Hələlik qadınlarda vəsiqə yoxdur. Bacardığımız qədər daha çox güləşçi ilə Olimpiadaya getməyi hədəfləmişik".

Suqovuşanda start götürən "Prezident Kuboku" beynəlxalq turnirini də izləyən Olimpiya çempionu bu cür yarışların keçirilməsinin gənclərə də böyük təsir edəcəyini vurğulayıb: "Suqovuşanda start götürən reqatada 21 ölkə mübarizə aparır. Burada azarkeş qismində iştirak etmək qürurvericidir. Fərqli yerlərdən gələn idmançılar Suqovuşan və Mingəçevir kimi gözəl yerlərin olduğunu görürlər. Bununla bağlı təbliğat işləri də aparır".

Qeyd edək ki, “Prezident kuboku” mayın 3-də başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
81
2
Mənbələr
Şərh ()
Bağla