AZ

Tarkan: "Çətin şərtlər altında yaşayan ailədə böyüdüm” - FOTO

Meqastar Tarkan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, sənətçi 6.4 milyon izləyicisi olan şəxsi İnstaqram hesabında bir zamanlar ailəsində yaşadığı maddi sıxıntılardan və çətinliklərdən yazıb.

Tarkan çox ağır şərtlər altında böyüdüyünü qeyd edib:

"Mən də fəhlə sinfinin övladıyam (Təbəqələrə bölmək istəmirəm. Biz hamımız eyni yolçuyuq, heç kim başqalarından üstün deyil mənim gözümdə, ürəyimdə).

60-cı illərin sonunda Almaniyaya işləməyə gedən bir fəhlə ailəsinin övladıyam. Çətin şəraitdə yaşamağa çalışan ailədə böyümüşəm və kiçik yaşlarımdan öyrənmişəm ki, çox çalışmaqla, zəhmət çəkməklə daha yaxşı gələcəyə sahib olmaq olar. Hər şeydən əvvəl, yaxşı insan olmağı qoruyub saxlamağı bacarmaqdır".

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla