AZ

İki ölkədən Rusiyaya dəstək: Müharibəyə ortaq oldular

ABŞ Rusiyanın İran və Şimali Koreya ilə əməkdaşlığı ətrafında vəziyyəti diqqətlə izləyir. Vaşinqton digər ölkələrin Rusiyanın hərbi-sənaye potensialını gücləndirmək cəhdlərinə cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi Sabrina Sinq deyib.

“Şimali Koreya, Rusiya və İran arasında qeyri-qanuni müharibə aparmağa və çoxlu sayda günahsız Ukrayna vətəndaşını öldürməyə davam edən Rusiyanı döyüş meydanında qızışdıran münasibətlərin dərinləşməsindən narahatıq”, - ABŞ rəsmisi bildirib.

Sinq vurğulayıb ki, ABŞ təkcə vəziyyəti izləmir, həm də regiondakı müttəfiqləri ilə əməkdaşlığı gücləndirir. Bundan əlavə, Vaşinqton Ukraynanı döyüş meydanında ehtiyac duyduğu vasitələrlə təmin etməkdə davam edir, həmçinin Rusiyaya müharibədə kömək edənlərə qarşı sanksiyalar tətbiq edir.

Pentaqon sözçüsü həmçinin Rusiyanın Şimali Koreyadan Ukraynaya qarşı müharibədə iştirak etmək üçün muzdluları cəlb edib-etməməsi ilə bağlı suala cavab verib. Sinq bildirib ki, belə məlumatlara malik deyil, amma əlavə edib ki, Şimali Koreya müharibədə Rusiyaya dəstək verməyə hazırdır, o, İranla yanaşı Moskvaya dəstək verən ölkələrdən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla