AZ

AstraZeneca COVID peyvəndinin qan laxtalanmasına səbəb ola biləcəyini etiraf edib

Qlobal biofarmasevtik şirkəti AstraZeneca ilk dəfə etiraf edib ki, COVID-19 peyvəndinin nadir yan təsirləri qan laxtalanmasıdır.

Aztibb.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Qəzetin qeyd etdiyi kimi, peyvəndin xəstələrə ciddi ziyan vurması, bəzi hallarda isə ölümlə nəticələnməsinə görə AstraZeneca-ya qarşı kollektiv iddia qaldırılıb. Zərərçəkmişlər və onların yaxınları təqribən 125 milyon dollar təzminat tələb edirlər.

“Peyvənd çox nadir hallarda trombositopeniya sindromu (TTS) ilə tromboza səbəb ola bilər. Bunun səbəbləri məlum deyil”, – qəzet şirkətin məhkəmədə təqdim etdiyi sənəddən çıxarışa istinadən yazır.

Trombositopeniya sindromu ilə tromboz qan laxtalarının əmələ gəlməsinə və trombositlərin sayının azalmasına gətirib çıxarır.

Bundan əvvəl “The Lancet” jurnalı COVID-19-a qarşı 217 peyvəndin immunitet sistemində pozulmalara səbəb olmadığını yazmışdı.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla