AZ

Mbappe dopinq testindən keçirildi

PSJ-nin ulduzu Kilian Mbappe Çempionlar Liqasının yarımfinalında Dortmund “Borussiya”sına 0:1 hesabı ilə uduzduqları oyunundan sonra klub avtobusunda olmayıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb futbolçunun matçdan sonra dopinq testindən keçməsi olub.

Daha sonra o, şəxsi avtomobillə hava limanında komanda yoldaşlarına qoşulub.

Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir. 

 

Seçilən
50
3
Mənbələr
Şərh ()
Bağla