AZ

Bakıda ƏMƏLİYYAT: narkotacirlər və silahlılar tutuldu - VİDEO

Binəqədi rayon İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, tədbirlər zamanı əvvəllər məhkum olunmuş Əzizov Azərdən 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Hüseynov Muraddan 4 kiloqram 375 qram marixuana aşkarlanıb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Xanlarzadə Oktay saxlanılıb. Ondan 1 ədəd lüləsi kəsilmiş odlu silah və 4 ədəd patron aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt aşkar olunub. Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 7 odlu silah, o cümlədən 5 “Kalaşnikov” avtomatı, 2 “Makarov” tapançası və 187 ədəd patron polis əməkdaşlarına təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq